Martın 8də hava pisləşəcək


Digərləri 06 Mar 2019 15:51:00 210 0

Martın 8də hava pisləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ilə bağlı xəbərdarlıq yayıb. 

Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, martın 08-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir. Temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşama doğru, martın 8-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.