İntim səhnələri müzakirə edilən Sevinc: "Öpüşürsən, bir cür, öpüşmürsən də başqa cür..."


Şou-biznes 06 Mar 2019 15:54:00 391 0

İntim səhnələri müzakirə edilən Sevinc: "Öpüşürsən, bir cür, öpüşmürsən də başqa cür..."

Aktrisa Sevinc Əliyevanın baş rolda çəkildiyi "Dalan" filmindəki bəzi səhnələri müzakirə mövzusu olub.

Son.az publika.az-a istinadla xəbər verir ki, aktrisanın bu filmdəki intim səhnələri diqqət çəkib. Hazırda "Dağıntılar altında" serialında çəkilən ulduz bu barədə açıqlama verib. "Dalan" filmi haqqında danışan aktrisanın sözlərinə görə, intim səhnələri ilə yayılan söhbətlər əsassızdır, çünki zənn edilən kadrlar yoxdur:

"Filmin çəkilişləri yaxşı keçdi, əksəriyyəti Novxanıda bir villada baş tutdu. Bəzi günlər çəkilişlər səhərə qədər davam edirdi. Buna baxmayaraq, zövq alırdım. Ümumiyyətlə, rejissor Elvin Rütəmzadə və ssenari müəllifi Səbinə Əhmədova sayəsində komandamız bir-biri ilə çox mehriban olmuşdu.

Psixoloji baxımdan mürəkkəb səhnələr də var idi, canlandırdığım Arzu obrazı mənim xarakterimə tamamilə zidd personajdır. Tərəf müqabilim Ziya Ağa bu məsələdə mənə çox dəstək oldu.

Müəyyən mənada intim adlandırılan səhnələr artıq böyük səs-küy yaradıb. Filmə baxmamış yazılan iradları qəbul etmirəm. Qoy film nümayiş olunsun, ondan sonra kimsə tənqid etsə, bu barədə düşünmək olar. Treylərin bir neçə saniyəlik hissəsindəki bir səhnədən nəticə çıxarıb tənqid etmək düzgün deyil".

Daha sonra ulduz özünə qoyduğu qadağalardan danışıb:


Xəbərə aid fotolar