Cavid Qurbanov: "Azərbaycan və İranın iqtisadi əlaqələri möhkəmlənəcək"


Digərləri 06 Mar 2019 15:47:00 252 0

Cavid Qurbanov: "Azərbaycan və İranın iqtisadi əlaqələri möhkəmlənəcək"

"Azərbaycan və İran arasında iqtisadi əlaqələr müştərək dəmir yolu layihələri sayəsində daha da möhkəmlənəcək".

Son.az xəbər verir ki, bunu Qəzvin-Rəşt dəmir yolunun açılış mərasimində iştirakı çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə deyib.

C.Qurbanovun sözlərinə görə, hər iki ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına çalışır.