İsko klubun avtobusu ilə stadiona getməkdən imtina edib


İdman 06 Mar 2019 15:33:00 336 0

İsko klubun avtobusu ilə stadiona getməkdən imtina edib

Real-ın yarımmüdafiəçisi İsko Çempionlar Liqasının 1/8 finalın Ajax-la cavab oyununda əsas "18-liy"ə salınmamasından narazı qalıb.

Goal.az xəbər verir ki, Solarinin heyəti açıqlamasından sonra, dilxor olan İsko klubun avtobusu ilə stadiona getməkdən imtina edib. Futbolçu stadiona gəlməyib.

Oyun Ajax-ın 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. Çempionlar Liqası tarixində özünün ən ağır ev məğlubiyyətini alan "kral klubu" ardıcıl üç çempionluqdan sonra turnirlə erkən vidalaşıb. 

Solari ilə münasibətləri yaxşı olmayan İsko Real-dan ayrılmaq istəyir. Futbolçunun xidmətində Juventus və Manchester United maraqlıdır.