Cavid Qurbanov: Azərbaycan və İranın iqtisadi əlaqələri möhkəmlənəcək


Digərləri 06 Mar 2019 15:37:00 210 0

Cavid Qurbanov: Azərbaycan və İranın iqtisadi əlaqələri möhkəmlənəcək

Azərbaycan və İran arasında iqtisadi əlaqələr müştərək dəmir yolu layihələri sayəsində daha da möhkəmlənəcək.

Bakı. Elnur Bağışov - Azərbaycan və İran arasında iqtisadi əlaqələr müştərək dəmir yolu layihələri sayəsində daha da möhkəmlənəcək. Bunu Qəzvin-Rəşt dəmir yolunun açılış mərasimində iştirakı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə deyib. C.Qurbanovun sözlərinə görə, hər iki ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına çalışır.