57 adda dərman vasitəsi dövriyyədən çıxarılıb


Digərləri 06 Mar 2019 15:23:06 214 0

57 adda dərman vasitəsi dövriyyədən çıxarılıb

Ötən il aparılmış növbədənkənar yoxlamalar nəticəsində 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb.

Bakı. İlhamə İsabalayeva – Ötən il aparılmış növbədənkənar yoxlamalar nəticəsində 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb. Trend-in məlumatına görə, yoxlamalar dərmanların keyfiyyətinə nəzarət məqsədilə aparılıb. Ümumilikdə əczaçılıq şirkətləri tərəfindən ölkəmizə idxal olunan dərman preparatlarından 30 335 nümunə götürülüb və laborator müayinədən keçirilib.