Rus Dram Teatrının direktoru: Prezident İlham Əliyevin sərəncamı Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artıracaq


Digərləri 06 Mar 2019 15:28:48 182 0

Rus Dram Teatrının direktoru: Prezident İlham Əliyevin sərəncamı Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artıracaq

Bu sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi daşıyır.

Bakı. Vüqar İmanov - Prezident İlham Əliyevin Azərbaycan Dövlət Rus Dram Teatrına və Azərbaycan Dövlət Musiqili Teatrına “akademik” statusu verilməsi haqqında sərəncamı dövlətin Azərbaycan teatrlarına diqqət və qayğısını göstərir. Trend-in məlumatına görə, bunu Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib. Ə.Hacıyev qeyd edib ki, bu sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi daşıyır.