Hollandiya klubunda yeni məşqçi


İdman 06 Mar 2019 14:53:00 221 0

Hollandiya klubunda yeni məşqçi

Feyenoord-un yeni baş məşqçisi müəyyənləşib.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gələn mövsümdən komandanı Yap Stam çalışdıracaq.

Covanni van Bronkhorst mövsümün sonunda postundan ayrılacağını açıqladığından, Rotterdam təmsilçisi yeni çalışdırıcı axtarışına çıxmışdı. Rəhbərliyin Dik Advokatla anlaşması gözlənilirdi. Lakin Feyenoord hazırda Zvolle-ni çalışdıran Yap Stamla ortaq məxrəcə gəlib. 47 yaşlı mütəxəssis yeni komandası ilə 2 illik müqavilə imzalayıb və iyulun 1-dən etibarən bu sözləşmə qüvvəyə minəcək.

Qeyd edək ki, "Feyenoord" Hollandiya çempionatında 24 turdan sonra 3-cü pillədə qərarlaşıb.