Bu ay əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanacaq


Digərləri 06 Mar 2019 15:10:00 218 0

Bu ay əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin əhatə dairəsi digər sosial təminat sahələri üzrə genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır. Nazirlikdən Trend-ə verilən məlumata görə, bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşır.