Səttar Möhbalıyev: Prezident əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri diqqət mərkəzində saxlayır


Digərləri 06 Mar 2019 15:17:00 77 0

Səttar Möhbalıyev: Prezident əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri diqqət mərkəzində saxlayır

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Respublikada aparılan islahatlar ölkə əhalisinin sosial müdafiəsinin təmin olunmasında və maddi rifahının yüksəldilməsində atılan mühüm addımdır” mövzusunda yığıncaq keçirilib.

Bakı. Elçin Mehdiyev - Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Respublikada aparılan islahatlar ölkə əhalisinin sosial müdafiəsinin təmin olunmasında və maddi rifahının yüksəldilməsində atılan mühüm addımdır” mövzusunda yığıncaq keçirilib. Trend-in məlumatına görə, yığıncaqda AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinin hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olduğunu bildirib: “Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb. Ölkə Prezidentinin bilavasitə göstərişləri ilə həyata keçirilən islahatların nəticələri iqtisadiyyatımızın bütün sahələrində nəzərə çarpmaqdadır”. S.Möhbalıyevin sözlərinə görə, ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir: “Belə ki, həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılmışdı. Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. Yəni, qanunla dövlət sektorunda çalışan 450 min nəfərlə yanaşı, özəl sektorda çalışan 150 min nəfərin də əməkhaqqı da 180 manatdan aşağı olmayacaq”. AHİK sədri vurğulayıb ki, Prezident ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir və onları daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən maraqlanır: "Prezident İlham Əliyev keçirdiyi son müşavirədə uzun müddətdir əhalini narahat edən problemli kreditlərlə bağlı bildirdi ki, bu gün, sadəcə anons vermək istəyirəm ki, «bu məsələ artıq yekunlaşmaq üzrədir”. Prezident verdiyi anonsdan dərhal sonra fevralın 28-də «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzaladı. Bununla da bir daha sözünün arxasında əməl dayandığını dünyaya nümayiş etdirdi. Fərmana əsasən, devalvasiya nəticəsində borcun artan və hesablanmış faiz hissələri dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan məbləğ restukturizasiya ediləcək, yəni şərtlər dəyişdiriləcək. Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev vətəndaşla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu. İlham Əliyevin digər fərman və sərəncamları kimi, imzaladıgı bu sənəd də sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, deməli, həm də rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. Bu fərmanla bir daha sübut olundu ki, Azərbaycan dövləti qarşısında onun vətəndaşının mənafeyindən üstün heç nə yoxdur. Digər tərəfdən, hamımız birmənalı şəkildə şahidik ki, qısa müddət ərzində bu qədər sosialyönümlü qərarların verilməsi dünyada görünməmiş bir hadisədir". Tədbirin sonunda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ermənistanda cəzaçəkmə müəssisəsində 4 məhbus ölüb like
  • 06 Mar 15:14  
Dünya Ermənistanda cəzaçəkmə müəssisəsində 4 məhbus ölüb

Cari ilin yanvar ayında "Armavir" cəzaçəkmə müəssisəsində 4 m

arrow Ətraflı
Messi üçün "toxunulmazlıq" şərti like
  • 06 Mar 15:12  
İdman Messi üçün "toxunulmazlıq" şərti

Argentina millisi martın 26-da Mərakeşlə yoxlama oyunu keçirəcək.

arrow Ətraflı
Bu ay əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanacaq like
  • 06 Mar 15:10  
Digərləri Bu ay əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə gö

arrow Ətraflı
ABŞ və müttəfiqlərinin hədəfi İrandakı quruluşu məhv etməkdir like
  • 06 Mar 15:09  
Dünya ABŞ və müttəfiqlərinin hədəfi İrandakı quruluşu məhv etməkdir

"ABŞ və müttəfiqiləri ilə iqtisadi və psixoloji müharibə vəziyyə

arrow Ətraflı
Latviyada 8 Mart bayramının ləğv olunması təklif edilib like
  • 06 Mar 15:04  
Digərləri Latviyada 8 Mart bayramının ləğv olunması təklif edilib

Latviyada 8 Mart - Beynəlxalq Qadınlar Gününün ləğv edilməsi təklif olu

arrow Ətraflı
Dünyanın ən məşhur karnavalı keçirildi like
  • 06 Mar 15:04  
Digərləri Dünyanın ən məşhur karnavalı keçirildi

Braziliyanın Rio-De-Janeyro şəhərində martın 2-də başlanmış karnaval b

arrow Ətraflı
Prezident İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib like
  • 06 Mar 14:57  
Siyasət Prezident İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Fazil Qurbanovun "Şöhrət" ordeni ilə təl

arrow Ətraflı
Bakıda qızı öldürülən ana keçmiş kürəkənini bağışlayıb like
  • 06 Mar 14:54  
Kriminal Bakıda qızı öldürülən ana keçmiş kürəkənini bağışlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndiril

arrow Ətraflı
Hollandiya klubunda yeni məşqçi like
  • 06 Mar 14:53  
İdman Hollandiya klubunda yeni məşqçi

Feyenoord-un yeni baş məşqçisi müəyyənləşib.

arrow Ətraflı
Prezident İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib like
  • 06 Mar 14:52  
Digərləri Prezident İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Fazil Qurbanovun “Şöhrət” ordeni ilə təltif ed

arrow Ətraflı
"Videom çıxanda mən bir həftə qardaşımdan qaçıb çöllərdə qaldım" like
  • 06 Mar 14:49  
Digərləri "Videom çıxanda mən bir həftə qardaşımdan qaçıb çöllərdə qaldım"

Müğənni Mətanət Əsədova barəsində dolaşan şayiələrin həmkarları t

arrow Ətraflı
Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü like
  • 06 Mar 14:42  
Digərləri Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Yol-nəqliyyat hadisəsi nəticəsində Qusar rayon sakini A.Həsənbəyov aldı

arrow Ətraflı
Azərbaycanda 30 min like
  • 06 Mar 14:39  
Digərləri Azərbaycanda 30 min

"Yaxın illərdə Azərbaycanın əmək bazarı əhəmiyyətli dərəcədə

arrow Ətraflı