Əlillərin reabilitasiyası sahəsində Rusiyanın aidiyyəti təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub


Digərləri 06 Mar 2019 14:57:00 181 0

Əlillərin reabilitasiyası sahəsində Rusiyanın aidiyyəti təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub

Əlillərin reabilitasiyası sahəsində Rusiyanın aidiyyəti təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub

Bakı. “So-edineniye” görmə və eşitmə qabiliyyətləri olmayan şəxslərə dəstək Fondunun (Rusiya Federasiyası) prezidenti Dmitri Polikanov, “DeafSkills” Beynəlxalq Təşkilatın prezidenti, Ümumrusiya Karlar Birliyinin prezidenti Stanislav İvanov, “Yaseneva polyana” mərkəzinin direktoru Lidiya Frolova, “İstok-Audio” şirkətlər qrupunun baş direktoru İvan Klimaçevdən ibarət nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olub. Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əliliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların reabilitasiya imkanlarının artırılması sahəsində ölkəmizdə aparılan işlər barədə qonaqlara məlumat verib. Nazir müavini bu işlərin görmə və eşitmə qabiliyyətləri olmayan şəxsləri də əhatə etdiyini bildirib. O bu kateqoriyadan olan insanlar üçün həyata keçirilən layihələri diqqətə çatdırıb.