Azərbaycanda insan OĞURLUĞU - 16 yaşlı qızı gecə 4 maskalı apardı


Digərləri 06 Mar 2019 14:48:00 201 0

Azərbaycanda insan OĞURLUĞU - 16 yaşlı qızı gecə 4 maskalı apardı

Azərbaycanda insan oğurluğu faktı qeydə alınıb.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanda insan oğurluğu faktı qeydə alınıb. Trend-in məlumatına görə, hadisə İmişli rayon Əliqulular kəndində baş verib. Belə ki, gecə saat 04 radələrində kənddəki evlərdən birinə basqın edən 4 nəfər maskalı şəxs rayon sakini 2002-ci il təvəllüdlü Məmmədli Fədayə Sadiq qızını oğurlayıblar. Oğurlanan qızın atası Sadiq Məmmədov Trend-ə bildirib ki, o hadisə vaxtı mal bazarında olub və cinayətkarlar həmin vaxt evə basqın ediblər: “Mart ayının 4-dən 5-nə keçən gecə 4 nəfər şəxs Əliqulular kəndində olan evimə basqın ediblər. Evdə həmin vaxt qızımla birlikdə anası, nənəsi və xalası olublar. Onlar birinci həyətə daxil olaraq iti öldürüblər, daha sonra isə evə giriblər. Bu zaman səsə oyanan anamı ağzından tutaraq boğmaq istəyiblər. Digər qadınları isə döyüblər. Məhz bundan sonra qızımı qaçırda biliblər. Anam isə hazırda xəstəxanadadır”.