“Real-da perspektiv görmürəm” - Karvahal


İdman 06 Mar 2019 13:38:00 204 0

“Real-da perspektiv görmürəm” - Karvahal

Real-ın müdafiəçisi Daniel Karvahal komandasının ÇL-nin 1/8 finalında Ajax-dan alınan məğlubiyyəti (1:4) şərh edib.

Goal.az Marca nəşrinə istinadən xəbər verir ki, futbolçu mövsümün dəhşətli olduğunu deyib.

“Heç vaxt belə ağır dövr olmamışdı. Bu cür dəhşətli sıxıntı yaşadığımı xatırlamıram. Bunu necə izah edəcəyimi bilmirəm. Bu həftə hər şeyi uduzduq. Özümüzə bəraət qazandırmaq lazım deyil. Rəqib layiqli qələbə qazandı. Barcelona-ya iki məğlubiyyətdən sonra özümüzü toparlaya bilmədik. Meydana qələbə üçün çıxmışdıq. Ajax-la birinci oyunun nəticəsi bizə üstünlük verirdi. Lakin iki səhv iki qolla nəticələndi. İkinci yarıya yaxşı başladıq. Lakin rəqibin 3-cü qolu əl-ayağımızı bağladı. Real-da perspektiv görmürəm. Heyətdə gənclər çoxdur. Onların yetişməsi zaman istəyir. Mövsüm başa çatır. Bizim üçün dəhşətli keçir və bunu inkar etmək mümkün deyil. Niyə belə oldu? Cavab tapa bilmirəm”, - Karvahal deyib.