Xanlar Fətiyev: Dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir


Digərləri 06 Mar 2019 13:46:00 253 0

Xanlar Fətiyev: Dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir

Uzun müddətdir vətəndaşları narahat edən belə bir ciddi problemin həllinə bu qədər konstruktiv yanaşma bir daha onu göstərdi ki, ölkə rəhbərliyi sıravi vətəndaşların qayğılarına çox həssaslıqla yanaşır və hər zaman onları düşünür.

Bakı. Ölkə başçısı cənab İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair imzaladığı fərman son dərəcə vacib, qətiyyətli bir addımdır. Uzun müddətdir vətəndaşları narahat edən belə bir ciddi problemin həllinə bu qədər konstruktiv yanaşma bir daha onu göstərdi ki, ölkə rəhbərliyi sıravi vətəndaşların qayğılarına çox həssaslıqla yanaşır və hər zaman onları düşünür. Hesab edirəm ki, dövlət başçısınin qeyd etdiyi kimi 2019-cu il həqiqətən də "sosial inqilablar ili" olacaq və qəbul edilən qərarlar, verilən fərman və sərəncamlar Azərbaycanın, onun vətəndaşlarının rifahının yüksəlməsinə xidmət edəcək. Trend-in məlumatına görə, bu fikri jurnalistlərə açıqlamasında millət vəkili Xanlar Fətiyev bildirib. O əlavə edib ki, ölkə rəhbərinin apardığı məqsədyönlü sosial və iqtisadi inkişaf siyasəti artıq öz bəhrəsini verməkdədir.