Təhsil naziri əmr imzaladı


Digərləri 06 Mar 2019 12:51:00 250 0

Təhsil naziri əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov "Oxu günü" tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əmrdə qeyd edilir ki, UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir.

Son illər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin iştirakı ilə "Oxu günü" tədbirinin keçirilməsi də artıq ictimai maraq doğuran ənənə halını alıb.