Qaraçuxur və Yeni Günəşli sakinlərinə ŞAD XƏBƏR var (FOTO)


Digərləri 06 Mar 2019 11:41:00 236 0

Qaraçuxur və Yeni Günəşli sakinlərinə ŞAD XƏBƏR var (FOTO)

Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin abonentləri fasiləsiz qazla təmin olunacaq

Bakı. Bakı şəhərinin, həmçinin şəhərətrafı qəsəbələrin daşıyıcı və paylayıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətdə işlərin icrası davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, son zamanlar respublikada aparılan quruculuq işləri bütün yaşayış məntəqələrində olduğu kimi Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində də davam etməkdədir. Qəsəbədə yaradılan şərait nəticəsində yeni çoxmərtəbəli binaların və fərdi yaşayış evlərinin sayı durmadan artmaqda davam edir ki, bu da istehlakçıları təbii qazla təmin edən qaz kəmərlərinə normadan artıq qaz verilməsi zərurəti yaradır. Abonentlərin artan tələbatını nəzərə alaraq “Azəriqaz” tərəfindən qəsəbənin qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilib və həmin layihəyə uyğun olaraq, Qaraçuxur qəsəbəsində “Qaraçuxur” qazpaylayıcı stansiyasından başlayaraq 400 mm-lik polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılıb. Uzunluğu 1400 metr olacaq qaz kəməri Etibar Bəkirov, Yusif Eyvazov, Cəlal Qurbanov və Əhməd Mehbalıyev küçələrindən keçərək 1941-45 adlanan parkın sonunda mövcud şəbəkəyə birləşdiriləcək.