Dünya Bankı Azərbaycanla əməkdaşlığın 3 əsas prinsipini açıqlayıb


Digərləri 06 Mar 2019 11:22:00 203 0

Dünya Bankı Azərbaycanla əməkdaşlığın 3 əsas prinsipini açıqlayıb

"Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığı tərəfdaşlığa əsaslanır".

Son.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında bankın Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.

M.Tembon qeyd edib ki, Dünya Bankının Azərbaycanla əməkdaşlığı tərəfdaşlıq münasibətləri üzərində qurulub: "Bu münasibətlər, öz növbəsində, üç prinsipə - məlumat, bilik mübadiləsi, texniki dəstək və maliyyələşdirməyə əsaslanır".

Regional direktor bildirib ki, bank Azərbaycana bu üç istiqamət üzrə praktiki olaraq bütün sahələrdə dəstək göstərib.

O vurğulayıb ki, Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığı "Ölkə üzrə tərəfdaşlıq strategiyası" çərçivəsində həyata keçirilir: "Biz bu sənəd çərçivəsində Azərbaycan hökuməti ilə birgə hansı sahələrin dəstəyə ehtiyacı olduğuna qərar veririk. Bu gün kənd təsərrüfatı, səhiyyə kimi sahələri, kənd yerlərinin inkişafını, magistral yolların yenidən qurulması üzrə layihələri, həmçinin "elektron məhkəmə" sisteminin tətbiqini dəstəkləyirik".