Poçettino: “Futbolda dözməyi bacarmalısan”


İdman 06 Mar 2019 11:10:00 196 0

Poçettino: “Futbolda dözməyi bacarmalısan”

Tottenham-ın baş məşqçisi Maurisio Poçettino ÇL-nin 1/8 finalında Borussia ilə səfər matçını (1:0) təhlil edib.

Goal.az xəbər verir ki, çalışdırıcı mühüm qələbə əldə etdiklərini deyib. “Fantastik oyun oldu. Lazım olanı etdik. Artıq pley-off mərhələsindəyik. Birinci yarıda problemlərimiz oldu. Meydan sahibinin güclü təzyiqi bizi sıxırdı. Futbolda dözməyi bacarmalısan. Borussia kifayət qədər təhlükəli oynadı. İtirəcəyi bir şey yox idi. Buna görə də risk edirdi. Tottenham fantastik uğur əldə etdi. İndi daha cəsarətli olmalıyıq. Güclüyük, bəzi arzularımızı həyata keçirmək imkanımız yaranıb”, - çalışdırıcı bildirib.