Problemli kreditlərlə bağlı əlavə təkliflər var


Digərləri 06 Mar 2019 11:08:00 208 0

Problemli kreditlərlə bağlı əlavə təkliflər var

Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir.

Son.az xəbər verir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq kompensasiya mexanizminin artıq hazırlanmaqda olduğundan bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bir sıra digər təkliflərin də qəbulunu məqbul hesab edir.

Belə ki, iqtisadçının fikrincə, 10 min dollar qalıq məbləği differensial olaraq müəyyənləşdirilməlidir: "Yəni, əgər vətəndaşımız 20 min dollar kredit alıbsa və devalvasiya zamanı onun əsas məbləğ üzrə kredit qalığı 14 min dollar olubsa, o zaman kompensasiya mexanizmi həmin məbləğin 10 min dollarına hesablansın. Bu halda formula belə olsun: 14 min dollarlıq kredit üzrə kompensasiya hesablanan məbləğ 10 min dollar, kompensasiyaya düşməyən hissə 4 min dollar. Bu qayda tətbiq olunarsa, o zaman devalvasiya zamanı qalıq məbləği 10 min dollardan çox olanlar da kompensasiyadan yararlana biləcəklər".

Ekspert təklif edir ki, əsas məbləğ üzrə qalıq məbləği 10500-dək olan bütün kreditlər yuvarlaq olaraq 10 min dollarlıq qalıq məbləği kimi qəbul olunsun və kompensasiya tətbiq olunsun: "Məsələn, vətəndaşımız 20 min dollar kredit götürüb və onun əsas məbləğ üzrə qalıq məbləği devalvasiya zamanı 10100 dollar olub, yəni 10 mindən cəmi 100 dollar çox. Belə kreditlərə də kompensasiya hesablanıb ödənilsin.