Chelsea “dikbaş” qapıçını göndərir


İdman 06 Mar 2019 10:46:00 227 0

Chelsea “dikbaş” qapıçını göndərir

Chelsea-nın qolkiperi Kepa Arrisabalaqa mövsümün sonunda klubu tərk edə bilər.

Goal.az El Confidencial nəşrinə istinadən xəbər verir ki, klubun sahibi Roman Abramoviç forvardın satılması üçün göstəriş verib. Arrisabalaqanın “dikbaşlığı” rusiyalı iş adamının xoşuna gəlməyib.

Xatırladaq ki, Manchester City ilə İngiltərə Liqa Kubokunun finalında oyunsonrası penaltilərdə Chelsea-nın baş məşqçisi Maurisio Sarri qapıçını əvəzləməkistəyib. Lakin ispan imtina edib və meydandan çıxmayıb. Kepa London klubuna 2018-də Atletico-dan keçib. Futbol tarixinin ən bahalı qapıçısı sayılır. Transferinə 80 milyon avro xərclənib.