Orxan Məmmədov: Qadın sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin miqyası və əhatə dairəsi genişləndiriləcək


Digərləri 06 Mar 2019 10:57:00 212 0

Orxan Məmmədov: Qadın sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin miqyası və əhatə dairəsi genişləndiriləcək

Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorların yaradılması nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorların yaradılması nəzərdə tutulur. Bütün bunlar isə kiçik və orta sahibkarlar arasında qadınların sayını daha da artıracaq. Trend-in məlumatına görə, bunu 3-cü “SHE Congress 2019” (“Smart. Happy. Elegant.”) – qadınların liderlik və sahibkarlıq konfransında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.