"Allah bəlanı versin, niyə bu qədər paxılsınız?"


Şou-biznes 06 Mar 2019 10:32:00 235 0

"Allah bəlanı versin, niyə bu qədər paxılsınız?"

İzləyicilərindən biri rəqqasə Fatimə Fətəliyevanı özündən çıxarıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi qızının adına profil açıb, izləyici toplayan istifadəçini polisə verdiyini bildirib:

"Özünü şəxsiyyət bilən insanlardan dönə-dönə üzür istəyirəm. Bu qədər olar? Nə istəyirsiniz məndən? Allah sənin bəlanı versin, niyə bu qədər paxılsınız, kiminsə xoşbəxt olmağına sevinmirsiniz? Sənin görəsən övladın var? Səni polisə verəcəm. Mənə dayanmadan mesajlar yazırsınız, çox sağ olun ki, mənə dəstək olursunuz. Amma bunu tapacam, söz verirəm. Bilsəniz ki, bu insan hər kəsin paylaşımının altına nələr yazır...".