AzTVnin yeni sədri Azər Qismətə yüksək vəzifə verdi


Digərləri 06 Mar 2019 10:28:00 334 0

AzTVnin yeni sədri Azər Qismətə yüksək vəzifə verdi

AzTV-nin yeni sədri Rövşən Məmmədli bir neçə kadr dəyişikliyi həyata keçirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sədr bu dəfə "Ədəbi-dram verilişləri" baş redaksiyasının rəhbərini dəyişib. Tanınmış jurnalist və yazıçı Azər Qisməti sözügedən redaksiyaya baş redaktor təyin edilib. 

A. Qismətə qədər bu vəzifəni Sadıq Elcanlı icra edirdi. O, isə "Telefilm" yaradıcılıq birliyinə baş redaktor göndərilib.