Həbsxanada qanlı olay: hamilə arvad terrorçu


Dünya 06 Mar 2019 10:12:00 234 0

Həbsxanada qanlı olay: hamilə arvad terrorçu

27 yaşlı məhbus Mişel Şiolonun hamilə arvadı həbsxanada güllələnib. Olay Fransanın şimal-qərbindəki Normandiya vilayətinin Orn bölgəsində, Konde sür Sart şəhərindəki həbsxanada baş verib.

Son.az AFP-yə istinadən bildirir ki, Şiolo ilə görüşə gəlmiş hamilə xanımı gizlicə ərinə keramik bıçaq verib.

Şiolo da həmin bıçağı alandan sonra "Allahu əkbər!" qışqırıb, görüş otağındakı nəzarətçilərə hücum çəkib. İki nəzarətçini bıçaqlayandan sonra otaqlardan birinə girib qapını arxadan kilidləyən M.Şiolo qışqırıb: "İŞİD üzvüyəm və təslim olmaq niyyətində deyiləm!"

Otağın qapısı sındırılanda Şiolo üzündən yaralanıb. O, tutulub. Bıçaq yaraları almış iki nəzarətçi artıq əməliyyat olunublar. Onların durumu stabildir.