"MÜSİAD Azərbaycan"ın rəhbəri: "Azərbaycana xarici investisiyaların cəlb olunması prioritetlərimizdən biridir"


Digərləri 06 Mar 2019 09:56:00 291 0

"MÜSİAD Azərbaycan"ın rəhbəri: "Azərbaycana xarici investisiyaların cəlb olunması prioritetlərimizdən biridir"

"Azərbaycana xarici investisiyaların cəlb olunması prioritetlərimizdən biridir".

Son.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Bakı ofisinin rəhbəri Əbdürrəhman Uzun deyib.

Ə.Uzun qeyd edib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı üçün ciddi və mühüm addımlar atılıb: "Buna misal olaraq, turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafı üzrə görülən davamlı tədbirləri, islahatları, yeni açılan sənaye parklarını və s. göstərmək olar. Bütün bunlarla yanaşı, sahibkarlığa da ciddi dəstəyin verildiyini vurğulamaq lazımdır".

Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın güclənməsi üçün həyata keçirilən tədbirlər təkcə yerli sahibkarların deyil, əcnəbi iş adamlarının da ölkənin müxtəlif sahələrinə investisiya yatırmasına səbəb olur:

"Dünyanın 220 nöqtəsində nümayəndəliyi olan və fəaliyyət göstərən MÜSİAD olaraq biz də üzərimizə düşəni edirik. Fəaliyyət göstərdiyimiz bütün ölkələrdən Azərbaycana investisiya cəlb olunmasında maraqlıyıq və bunun üçün bir sıra addımlar da atırıq. Buna misal olaraq Azərbaycanda gübrə istehsalı üzrə fabrikin tikintisini göstərə bilərəm. Müəssisənin fəaliyyətə başlaması ilə xaricdən gübrə idxalının xeyli azalacağı, hətta gübrə tələbatının tam ödəniləcəyi mümkün olacaq. Gübrə istehsal edən fabrikin yaxın üç ay ərzində Hacıqabulda açılması gözlənilir".

Ə.Uzun bildirib ki, Azərbaycanda fəaliyyətə başlayan MÜSİAD üzvlərinin qısa müddətdə ölkəyə ciddi strateji investisiyalar yatırması qürurvericidir.