Bakıda sərnişin daşıyıcılarının sayı 41-dən 36-ya endirilib


Digərləri 06 Mar 2019 09:00:00 217 0

Bakıda sərnişin daşıyıcılarının sayı 41-dən 36-ya endirilib

Bakıda sərnişin daşıyıcılarının sayı 41-dən 36-ya endirilib.

Bakı. Elçin Mehdiyev – 2018-ci ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin marşrut şəbəkəsində həyata keçirilən islahatlar nəticəsində daşıyıcıların sayı 41-dən 36-ya endirilib. Trend-in məlumatına görə, islahatlar nəticəsində, həmçinin 39 marşrutun istismarçısı dəyişdirilib, 9 yeni marşrut təşkil edilib, 5-nin fəaliyyəti dayandırılıb və 32 marşrutun hərəkət sxemi sakinlərin müraciətlərinə və araşdırmaların nəticəsinə əsasən dəyişdirilib.