Tədqiqatlar fastfudun insan sağlamlığı üçün zərərli olduğunu göstərib


Digərləri 06 Mar 2019 08:52:00 271 0

Tədqiqatlar fastfudun insan sağlamlığı üçün zərərli olduğunu göstərib

İllinoys Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar nəticəsində burger və pitsa kimi zərərli yeməklərin istifadəsinin tez bir zamanda ürək-damar sistemində mənfi dəyişikliklərə gətirib çıxaracağı məlum olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu zaman damarlar daha az elastik olur.

Aparılan hər iki tədqiqatın nəticəsi birmənalı olaraq, aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) zərərli olmasını və onların daha az yayılan oksidləşdirilmiş versiyasını göstərib. Birinci tədqiqat çərçivəsində laboratoriya siçanlarını (iki qrupda) balanslaşdırılmış qida ilə yedizdirib və yaxud da Qərb diyetasında (yağ və karbohidratlar çox, zülal az; əsasən fastfud) saxlayıblar.