Avtomobildə narkotik vasitə aşkarlanıb


Kriminal 06 Mar 2019 08:37:00 231 0

Avtomobildə narkotik vasitə aşkarlanıb

Avtomobildə narkotik vasitə olan marixuana aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Honda" markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.

Bu zaman o, üzərində və ona məxsus avtomobildə qanunla qadağan olunan hər hansı bir predmetin olmadığını bildirib.