Radio efirində gələcəkdən gələn siqnal


Digərləri 06 Mar 2019 08:26:00 232 0

Radio efirində gələcəkdən gələn siqnal

Bir sıra sosial şəbəkədə maraqlı səs yazısı paylaşılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Britaniyada fəaliyyət göstərən radio stansiyaların birində sirli audio səs yazısı qeydə alınıb. İddiaya görə, hadisə ötən ilin dekabr ayında baş verib. Adəti üzrə aparıcı axşam şousunu aparan zaman qəribə hadisə baş verib. Aparıcı telefonla dinləyiciləri ilə danışanda efir güclü müdaxiləyə məruz qalıb. Tezliklə səs eşidilib.

Səsdə hansısa koordinatlar verilir və səhra landşaftı barədə danışılrdı. Ehtimal edilir ki, bu şəxs hərbçidir. Radio aparıcı ona müraciət edir və səs sahibi şəxsiyyətini gizli saxlayır. Aparıcı bunu əvvəlcə zarfat qəbul edir. Amma səs sahibi danışmağa davam edir və özündən şərq istiqamətində olan kiçik sivilizasiyanın olduğunu bildirir. Bundan sonra baş verənlər daha sirli olur. Hərbçi ətrafındakı vəziyyəti izah etməyə çalışır və bildirir ki, başının üzərindəki səma 5720-ci ildəki kimidir. O, bildirir ki, hava çox çirklidir və nəfəs almaq çox çətindir. Bu isə daha çox uşaqların və yeniyetmələrin sağlamlığına mənfi təsir edir.

Aparıcı bu zaman iş yoldaşlarından efiri dayandırmağı xahiş edib. Çağrılmayan qonaq isə aparıcıdan susmağı xahiş edib. Əskər bildirib ki, yerlə bağlı vacib kəşfiyyat aparır və radio dalğanın interferensiyası tezliklə dayanacaq. Bu zaman aparıcı soruşub ki, o, təsadüfən siqnalı Britaniya və ya ABŞ-a göndərmir ki?