Avtomobildə narkotik vasitə aşkarlanıb


Digərləri 06 Mar 2019 08:11:00 233 0

Avtomobildə narkotik vasitə aşkarlanıb

Avtomobildə narkotik vasitə olan marixuana aşkarlanıb

Bakı. Avtomobildə narkotik vasitə olan marixuana aşkarlanıb. Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Honda" markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub. Bu zaman o, üzərində və ona məxsus avtomobildə qanunla qadağan olunan hər hansı bir predmetin olmadığını bildirib.