Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib


Digərləri 06 Mar 2019 08:01:00 194 0

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Respublikasına səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şentopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.