İspaniyada türk serialları bumu yaşanır


Digərləri 06 Mar 2019 07:45:00 252 0

İspaniyada türk serialları bumu yaşanır

İspaniyada getdikcə populyarlaşan türk serialları Latın Amerikası ölkələrinin istehsalı olan "sabun operaları"nın yerini sürətlə tutur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Rumıniya, Bolqarıstan və Slovakiyada çox populyar olan türk serialları dəbinə birdən-birə qapılmayıb. Yalnız bu məhsul başqa ölkələrdə tamaşaçıların rəğbətini qazanandan sonra İspaniyanın media şirkətləri onu ölkə bazarına çıxarmağı qərara alıblar. Nəticədə "Qara sevda" və "Cəsur və gözəl" serialları "Mediaset"in internet portallarında ən baxımlı filmlər cərgəsinə daxil olub.