Çin müdafiə büdcəsini 7,5 faiz artırır


Dünya 06 Mar 2019 07:21:00 246 0

Çin müdafiə büdcəsini 7,5 faiz artırır

Çin 2018-ci ilə nisbətən bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 7,5 faiz çoxaltmağı planlaşdırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasında hökumətin iş planı təqdim edilərkən öz əksini tapıb. Plan sessiyanın gedişində təsdiq üçün səsə çıxarılacaq.

Çinin 2019-cu il üçün müdafiə xərcləri 1,19 trilyon yuan (177,61 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilib. Cari il üçün nəzərdə tutulan 7,5 faizlik artım ötən illə müqayisədə aşağıdır.