Rusiyada siqaretlərin nişanlanmasına başlanılıb


Dünya 06 Mar 2019 02:30:00 352 0

Rusiyada siqaretlərin nişanlanmasına başlanılıb

Rusiyada siqaret və papirosların rəqəmlər vasitəsilə nişanlanmasına başlanılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, rəqəmli kodlarla işarələnmiş məhsullar mağazalarda dərhal kütləvi şəkildə müşahidə edilməyəcək. Məcburi işarələnmənin tətbiqindən əvvəl istehsal edilmiş siqaretlərin bazarda 2020-ci ilin iyul ayına qədər sərbəst dövr etmək müddəti var.

Həmçinin Rusiyada ətirlərin, fotokameraların, avtomobil təkərlərinin, eləcə də bəzi geyim əşyalarının işarələnməsi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanacaq. Bu malların nişanlanması üzrə eksperimentlər noyabr ayının sonuna qədər davam edəcək. Əgər sınaq uğurla başa çatarsa, qeyd edilən malların nişanlanması 2019-cu il dekabr ayının 1-dən məcburi olacaq.