Əfqanıstanda 60 nəfər leysan yağışların


Dünya 05 Mar 2019 23:41:00 220 0

Əfqanıstanda 60 nəfər leysan yağışların

Əfqanıstanın cənubunda son bir neçə gün ərzində davam edən leysan yağışlar və daşqınlar təxminən 60 nəfərin həyatına son qoyub, 140-dan çox insan zərər çəkib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Tolo News" telekanalı ölkənin Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə İdarəsi üzrə dövlət naziri Naqib Aka Hakimə istinadən xəbər verib.

Nazir qeyd edib ki, Qəndəhar, Zabul və Farah vilayətlərində minlərlə zərərçəkmiş ailəyə təcili kömək göstərilib.