Səbrim daşdı, ürəyim partlayır, başım şişdi, qanım qaraldı


Digərləri 05 Mar 2019 23:05:00 237 0

Səbrim daşdı, ürəyim partlayır, başım şişdi, qanım qaraldı

Alman psixoterapevti Nossrat Pezeşkian ilk dəfə olaraq bədəndə xəstəlikləri proqramlaşdıran sözlər üzərində araşdıraraq,onları təyin edib. İnsanı daxildən parçalayan, xəstələndirən bu sözləri çoxumuz gündəlik səsləndiririk.

Həkim bu kimi sözləri parazit adlandıraraq, Orqanik nitqə aid olduğunu bildirib. Orqanik nitq - insanın fizioloji orqanlarına birbaşa təsir edən söz və cümlələrdir. Hansı ki, bu sözlərin mənfi və dağıdıcı enerjisi vardır. Elə sözlər var ki, maskalanıb, ilk baxışdan qorxulu da səslənmir.

Son.az medicina.az-a istinadən həmin sözləri təqdim edir:

-Səbrim daşdı, ürəyim partlayır, başım şişdi -Cana yığılmışam -Havam çatışmır -Suyumu sıxdılar -Qanımı qaraltdılar -Ürəyim bulandı -Ürəyimə bıçaq saplanıb -Boynumda oturublar -Bezdirdilər

Bizə elə gəlir ki,biz keçirdiyimiz hissi, narazılığı belə metafora şəklində sadəcə ifadə edirik, əslində isə bədənimizə dəqiq komandalar vermiş oluruq. Bədən isə elə proqramlaşıb ki, sahibinin əmrini yerinə yetirməməyə ixtiyarı yoxdur.

Əgər siz xəstəsinizsə, müalicə alırsızsa, zəifsinizsə, bu sözlər xəstəliyinizi daha da möhkəmlədir, sağalmanıza imkan vermir, yeni-yeni xəstəliklər gətirir.   Diqqət yetirin, əgər bu fikirləri tez-tez işlədirsizsə, deməli sizdə bu xəstəliklər var və ya yaranacaq.