Tibbdə nadir hadisə Britaniyada İİV xəstəsi sağaldı


Dünya 05 Mar 2019 22:43:00 237 0

Tibbdə nadir hadisə  Britaniyada İİV xəstəsi sağaldı

Böyük Britaniyada tibb tarixində ikincə dəfə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) olan şəxsin müalicə nəticəsində sağalması faktı qeydə alınıb.

Son.az oxu.az-a istinadən bildirir ki, xəstəyə İİV-ə qarşı dayanıqlı olan donorun iliyi köçürülüb. 3 il ərzində aparılan bütün analizlər xəstənin artıq İİV daşıyıcısı olmadığını göstərib.

Lakin, professor Ravindra Qupta bildirib ki, sevinmək üçün çox tezdir. Çünki, bu çox bahalı və çətin müalicə üsuludur. İkincisi, belə donorlar barmaqla sayılacaq qədər azdır. Anadangəlmə bütün infeksiyalara dayanıqlı genə malik insanlara çox nadir rast gəlinir.