Bu möcüzəvi meyvə Bakıda hər yerdə satılır –


Digərləri 05 Mar 2019 22:25:00 192 0

Bu möcüzəvi meyvə Bakıda hər yerdə satılır –

Avokadonun tərkibində bir çox faydalı mineral mövcuddur. Bu səbəbdən də dietoloqlar hamının qida rasionuna bu faydalı meyvəni daxil etməyi məsləhət bilirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, əgər sizin bu meyvəyə heç bir allergiyanız yoxdursa, onda istənilən miqdarda istifadə edə bilərsiniz.   Avokadonun tərkibində faydalı yağlar çoxdur. Bu yağlar orqanizmdə olan mikroelementlərin balansının qorunmasına kömək edir. Bu maddələr ürək-damar xəstəliklərinin əmələ gəlməsi riskini azaldır. Həmçinin, insultun və ürək tutmasının proflaktikasında da avokado əhəmiyyətli rol oynayır.   Meyvənin tərkibindəki yağlar eyni zamanda qanda olan xolesterinin miqdarını normada saxlayır. Avokado insanı uzun müddət tox saxladığı üçün pəhriz zamanı da istifadə etmək tövsiyə olunur.

Bu meyvə metabolizmi və qida maddələrinin orqanizmə sovrulmasını sürətləndirir.  

Bundan əlavə, avokado ağrıkəsici kimi də təsir edir.

Avakadonun özü kimi toxumu da çox faydalıdır. Lakin biz onu istifadə edərkən, düşünmədən toxumunu atırıq. Amma bu toxumların orqanizmə faydalı xüsusiyyətlərindən istifadə etmək olar.