Hovuzdan çıxa bilməyən insana tövhid dərsi


Digərləri 05 Mar 2019 22:10:00 233 0

Hovuzdan çıxa bilməyən insana tövhid dərsi

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və ona Allahın əzəmətli adını öyrətməsini istəyir. İmam (ə) ona buyurur: "Qalx və bu hovuza daxil ol, qüsl al ki, Allahın əzəmətli adını sənə öyrədim".

O şəxs hovuza daxil olur və qüsl alır. Sudan çıxmaq istəyəndə, İmam Sadiq (ə) səhabələrinə işarə edir ki, onun sudan çıxmasına mane olsunlar. O çarəsiz də hər nə qədər sudan çıxmağa çalışırdı, ancaq səhabələr ona mane olurdular. Bu zaman əli hər şeydən üzülür və üzünü Allaha tutaraq, yalvarmağa başlayır.

İmam (ə) onun Allahla münacat etdiyini görəndə, onu azad edir.

Çarəsiz bəndəni sudan çıxardıb, əyninə paltarlarını geyindirirlər. Özünə gəlməsi üçün möhlət verirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həmin bəndə İmama (ə) deyir: "İndi lütfən mənə Allahın əzəmətli adını öyrədin".