Pakistan fəaliyyəti qadağan edilən təşkilatların aktivlərini nəzarətə götürür


Dünya 05 Mar 2019 21:52:00 261 0

Pakistan fəaliyyəti qadağan edilən təşkilatların aktivlərini nəzarətə götürür

Pakistan hökuməti BMT Təhlükəsizlik Şurası tərəfindən qadağan edilən təşkilatların aktivlərini həbs edəcək və hesablarını donduracaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyindən bildiriblər.

"Qadağan edilmiş təşkilatların bütün aktivləri və hesabları bundan sonra dövlətin nəzarətində olacaq", - ölkənin diplomatik qurumunun rəsmi nümayəndəsi Məhəmməd Feysəl belə deyib. Onun sözlərinə görə, Pakistanın hakimiyyət orqanları həmin təşkilatlara qarşı sanksiyaların tətbiqi prosedurunu asanlaşdırmaq niyyətindədir.

Pakistanın Daxili İşlər Nazirliyi, eyni zamanda, yerli əyalət rəhbərliyindən qadağan edilmiş təşkilatlara təzyiqləri artırmağı tələb edib.