Polad Bülbüloğlu "İlin səfiri" seçilib FOTO


Digərləri 05 Mar 2019 21:39:00 256 0

Polad Bülbüloğlu "İlin səfiri" seçilib  FOTO

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "İlin səfiri" seçilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sorğu "Utro.az" saytı tərəfindən aparılıb.

Ölkəmizin Moskvadakı səfirliyində keçirilən mükafatlandırma mərasimində Polad Bülbüloğlu deyib: "Mənə səs verən hər bir oxucuya təşəkkürümü bildirirəm və mükafatı məmnuniyyətlə qəbul edirəm. Bir azərbaycanlı kimi, ömrümün sonunadək Azərbaycan üçün, Qarabağ probleminin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm". O, ən böyük arzusunun Xarı Bülbül Festivalının yenidən Şuşada keçirilməsi olduğunu qeyd edib.


Xəbərə aid fotolar