Qiyamət günü məscid, Quran və alim nədən şikayət edəcək?


Digərləri 05 Mar 2019 21:40:00 240 0

Qiyamət günü məscid, Quran və alim nədən şikayət edəcək?

Ustad Ənsarian buyurur: "Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: "Qiyamət günü üç şey insanlardan şikayət edəcəkdir.

Biri - məsciddir ki, deyəcəkdir: "Allahım! Mən inşa edilmişdim, təmiz və gözəl idim. Ancaq insanlar gəlmirdilər".

İkinci şikayətçi - Qurandır ki, deyəcəkdir: "Allahım! Mən bu insanların arasında idim. Mənə əməl etmədilər".

Üçüncü şikayətçi - alim olacaqdır ki, deyəcəkdir: "Allahım! Mən uzun illər dərs oxumuşam, halal və haram mövzuları öyrənmişəm. Özün buyurmuşdun ki, insanların içində gəz. Mən də gəzdim, ancaq heç kəs mənə əhəmiyyət vermədi".

Allah bu üç şikayətçiyə diqqət edəcək və insanlar məhkum olacaqlar".

Bizim işimiz müəllimlikdir. Biz, bir müəllimdən başqası deyilik. Heç bir zaman bizə verilən ləqəblərdən: ayətullah, hüccətil-İslam və s. - xoşhal deyilik. Elə bir hədisimiz yoxdur ki, məgər orada Peyğəmbəri-Əkrəm (s) və Məsum İmamlar (ə) bizə müəllim ləqəbindən başqasını versin.

Son.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Cəfəri buyurardı: "Mən uzun illər Qumda və Nəcəfdə dərs oxumuşam. Ancaq dərs oxumağıma görə heç bir zaman rahat olmamışam.