Balıq bazarında canlanma var


Digərləri 05 Mar 2019 21:41:00 211 0

Balıq bazarında canlanma var

Bayram günləri ərəfəsində balıq bazarında canlanma müşahidə edilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, balıqların qiymətləri isə növündən asılı olaraq dəyişir.

Satıcılar deyirlər ki, Novruz bayramı ərəfəsində havalar yaxşı keçdiyindən dənizdən tutulan balıqlar bazara çox gətirilir. Satış da əvvəlki aylara nisbətən xeyli artıb. Məhsulun çoxluğu qiymətlərin də ucuzlaşmasına səbəb olub.

Tələbat daha çox dəniz və çay balıqlarınadır. Ən çox satılan balıq növləri isə farel və kütümdür. Süni göllərdə yetişdirilən balıqlar nisbətən ucuz olsa da, onlara tələbat azdır. Havaların əlverişli keçməsi məhsulun bol olmasına, qiymətin isə stabil qalmasına səbəb olub.