Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb


Digərləri 05 Mar 2019 21:42:00 169 0

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Səbail rayonunda, Bibiheybət məscidindən üzü şəhər istiqamətində çökən yol yenidən bərpa olunur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, təmir işləri aparıldığından bu istiqamətdə yolun hər iki tərəfində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Ərazidən şəhərə gələn və əks istiqamətə hərəkət edən 125 saylı marşrut avtobusunun da istiqaməti dəyişdirilərək 20-ci sahə dairəsinə yönləndirilib.