"Ermənilər işğal olunmuş ərazilərin demoqrafik fonunu süni şəkildə dəyişirlər"


Siyasət 05 Mar 2019 21:44:00 245 0

"Ermənilər işğal olunmuş ərazilərin demoqrafik fonunu süni şəkildə dəyişirlər"

Ermənilər işğal olunmuş ərazilərin demoqrafik fonunu süni şəkildə dəyişirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri'' adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistan hökumətinin özü Suriya ermənilərinin köçürülməsini elan edib və bu, elə Ermənistanın özünün də qoşulduğu bir sıra beynəlxalq konvensiyaların pozulması deməkdir.

Nazir Elmar Məmmədyarov bir çox beynəlxalq şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərdiyini vurğulayıb. Nazir bildirib ki, həmin dövlətlər öz şirkətlərinin beynəlxalq hüquq normalarını pozmasına imkan verməməlidir.

Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri ekoloji vandalizmi barədə məlumat verib.

Konfransda danışan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov işğal olunmuş ərazilərinin qeyri-leqal məqsədlər üçün istifadə edildiyini xatırladıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə işğalçılara və onların işğal etdikləri ərazilərdəki təbii ehtiyaları mənimsəməsinə qarşı beynəlxalq səviyyədə mübarizənin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Beynəlxalq konfrans işğalla bağlı 3 ayrı mövzuda təşkil edilmiş panel müzakirələri ilə davam edib.