Yasamaldakı mənzil mafiyası ədliyyə işçisinin


Digərləri 05 Mar 2019 21:32:00 200 0

Yasamaldakı mənzil mafiyası ədliyyə işçisinin

Arzu Səfərov böyük fırıldaqların necə gerçəkləşdirildiyini ortaya qoydu; dövlət qurumlarından kömək istədi Yasamal rayonunda böyük mənzil fırıldaqlarında adı hallanan Saqib Məmmədov Ədliyyə Nazirliyinin sabiq işçisi Arzu Səfərovu mənzilindən çıxarmağa müvəffəq olub. Məsələnin mahiyyəti budur ki, sabiq ədliyyə işçisi Arzu Səfərov 2009-cu ildə 83 min dollar ödəməklə Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 13 ünvanlı binanın 10 saylı mənzilini alıb. Mənzili ona satan isə Həsən Novruzov olub. A.Səfərov mənzildə 5 il yaşayıb və günlərin birində Yasamal Rayon Məhkəməsindən ünvanına qətnamə gəlib.

Son.az musavat.com-a istinadən bildirir ki, həmin qətnamədən belə aydın olub ki, A.Səfərova satılan mənzil Şirzad Qəhrəmanov soyadlı vətəndaşa məxsusdur. Həmin mənzildə vaxtilə bir qaçqın ailəsi məskunlaşıb. Qaçqın ailəsini isə mənzildən Yasamal rayon 22 saylı Mənzil İstismar Sahəsinin rəisi Saqib Məmmədov çıxarıb və mənzili sahibinə - Şirzad Qəhrəmanova qaytarmaq əvəzinə öz kürəkəni Həsən Novruzovun adına məhkəmə yolu ilə sənədləşdirib. 2009-cu ildə isə mənzili kürəkəni Həsən Novruzovun adından Arzu Səfərova 83 min dollara satıb. Ş.Qəhrəmanov qaçqının mənzildən çıxarıldığını və mənzilin digər bir şəxsin adına keçirildiyini öyrəndikdən sonra məhkəməyə müraciət edərək əmlakının ona qaytarılması iddiası ilə çıxış edib. Məhkəmə iddianı təmin edib və A.Səfərovun ailəsi ilə birgə mənzildən çıxarılmağını, bununla bərabər vicdanlı alıcı kimi ona mənzili alarkən ödədiyi 83 min dolların qaytarılmasını qət edib. Bundan başqa, mənzil Həsən Novruzovun adına sənədləşdirilərkən yol verilən sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması üçün xüsusi qərardad çıxarılıb.

Arzu Səfərov deyir ki, Saqib Məmmədov barəsində çıxarılan xüsusi qərardad üzrə bu günə qədər qanuni qərar çıxarılmayıb: "Bu adam mənə satılmış mənzilə dair saxta sənədlər hazırlanmasını təşkil edib, mənzili saxta yolla mənə sataraq 83 min ABŞ dolları pulumu ələ keçirib. Saqib Məmmədovun və  bu qanunsuzluqlarda iştirak edərək saxta order, saxta mənzil kirayə müqaviləsi hazırlamış Yasamal rayon İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri barədə də Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müvafiq araşdırma aparmalıdır. Məhkəmə araşdırmaları zamanı Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyevin rayon ərazisində baş verən mənzil fırıldaqlarına, vətəndaşların mənzillərinin ələ keçirilməsi faktlarına göz yumması da ortaya çıxmışdı. Məni baş prokurorun qəbuluna buraxmırlar. Adımı qəbula yazırlar, amma imkan vermirlər ki, cənab Zakir Qaralovla görüşüm. Mənə qarşı vəzifəli şəxslərin saxtakarlığı, dələduzluq yolu ilə külli miqdarda pulumun mənimsənilməsi, mənzildən məhrum olmağım faktdır, məhkəmə hökmlərində bu fakt təsbit edilib. Amma Saqib Məmmədov ortalıqda gəzir, mənim pullarımı xərcləyir".