Uşağın sağlam olması üçün nə etməli? Məşhur


Digərləri 05 Mar 2019 21:25:00 226 0

Uşağın sağlam olması üçün nə etməli?  Məşhur

Bütün analar istəyər ki, uşağı sağlam böyüsün və mümkün qədər az xəstələnsin, ümumiyyətlə isə ağrımasın. Bəs bağçaya, məktəbə gedən uşağı mikrob, virus və müxtəlif  infeksiyalardan qorumaq mümkündürmü?   "Əlbəttə mümkündür" - deyə məşhur ukraynalı pediatr Yevgeni Komarovski düşünür.

Son.az medicina.az-a istinadən təcrübəli pediatrın valideynlər üçün 10 məsləhətini təqdim edir:

Mümkün qədər təmiz hava

Uşağınızı mümkün qədər təmiz havaya çıxarın. Buna görə də televizora, kompyuterə və bənzər qurğulara "yox" deyin, uşağı da götürüb parka, uşaqlar üçün təmiz havada nəzərdə tutulmuş əyləncə mərkəzlərinə yollanın.

Yadınızda saxlayın: qaçmaq, tullanmaq, yellənmək, sürüşmək, futbol oynamaq uşağın "işidir". Deməli onu elə geyindirmək lazımdır ki, aktiv hərəkət edə bilsin və tərləməsin.

Yayda uşağı ən məşhur, elit kurort mərkəzlərinə yox, kəndə aparın. Güclü immunitet üçün təmiz havadan, ağacdan dərilmiş meyvədən, inəkdən indicə sağılmış süddən, çayda çimməkdən və ot üstündə ayaqyalın qaçmaqdan yaxşı heç nə ola bilməz.

Nənə və babayla keçirdiyi yay ərzində yığdığı enerji uşağınıza 1 il üçün bəs edəcək.

"Təmizlik, təmizlik" deyib uşağı bezdirməyin

Yüksək gigiyena qaydaları ilə böyüdülən, təmizliyə öyrəncəli uşaq virus və mikroblar üçün ideal "yer"dir. Az miqdarda toz və çirk onun immun sistemini çökdürə bilər.

Buna görə də gəzməyə gedəndə, alma əlindən yerə düşərsə, onu götürüb salfetlə silin və verin yesin. Qorxulu heç nə olmayacaq.

Apteklərdə satılan dərmanlarla başınızı qatmayın

Çünki bu, bütün hallarda kimyəvi maddələrdən hazırlanır. Çalışın ki, uşaq bütün vacib vitaminləri təbii yolla - meyvələrdən, tərəvəzlərdən, göyərtilərdən əldə etsin.

Uşağı məcburən yedizdirməyin

Əgər uşaq sağlamdırsa, amma yemək istəmirsə, deməli gunah valideynlərdədir. Yemək istəmirsə, uşağa top verin oyansın, qaçsın, tullansın. Onda görəcəksiniz ki, uşaq özü "ana, yemək istəyirəm" deyə qışqıracaq.