Yoxsul kişi dürrün, atın və şahzadənin sirrini necə bildi?


Digərləri 05 Mar 2019 21:10:00 265 0

Yoxsul kişi dürrün, atın və şahzadənin sirrini necə bildi?

Bir gün padşahın bahalı dürrünün üzərində qara ləkə müşahidə olundu. Saray əhli hər nə qədər səy göstərdisə, o ləkəni aradan apara bilmədi.

Nəhayət camaata elan etdilər ki, bu ləkəni aradan aparmağa qadir olan bir adam vardırmı? Bir yoxsul şəxs gəlib dedi ki, mən ləkəni aradan apara bilərəm.

Bu yoxsul kişini padşahın yanına apardılar. O, padşaha dedi: "Sizin bahalı dürrünüzün içində qurd vardır ki, onunla qidalanır".

Padşah onun bu sözlərinə güldü və inanmadı. Ancaq həmin yoxsul kişi dedi ki, mənim yəqinim vardır ki, belədir.

Padşah dedi: "Əgər belə olmasa, boynunu vuracağam".

Yoxsul kişi razı oldu.

Son.az deyerler.org-a istinadən bildirir ki, O zaman ki, dürrü iki yerə böldülər, gördülər ki, həqiqətən də daşın içində qurd vardır. Padşahın bu kişinin agahlığından xoşu gəldi. Əmr verdi ki, ona mətbəxdə yer versinlər və orada bişən yeməklərdən istifadə etsin.

Bir gün padşah ata minir və yoxsul kişiyə deyir ki, bu, mənim ən yaxşı atımdır. Sənin bu haqda nəzərin nədir?

Yoxsul deyir: "Sürətli qaçmağına görə ən yaxşısıdır, ancaq bir iradı vardır".

Padşah soruşur: "Nə iraddır ki?".

Yoxsul deyir: "Qaçan zaman çay görsə, mütləq özünü suya atmalıdır".

Padşah yoxsulun bu sözlərini imtahan etmək istədi. Atı çayın kənarında çapdı. Anidən at özünü suya atdı. Padşah yoxsulun bu sözlərindən təəccüb etdi. Onu bir gün də mətbəxdə yerləşdirdi və yedizdirdi.