Bakıda 18 yaşlı gənc qarət edildi


Kriminal 05 Mar 2019 20:52:00 261 0

Bakıda 18 yaşlı gənc qarət edildi

Bakı sakini küçədə soyğunçuluğa məruz qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə polisə Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbə sakini, 2001-ci il təvəllüdlü Məmmədbəyli Tofiq Toğrul oğlu məlumat verib.

O bildirib ki, martın 3-də tanışları Gülməmməd, Ceyhun və Ayxan adlı şəxslər paytaxtın Nəsimi rayonu, M.Qaşqay küçəsi 36 ünvanında onun "Samsung-J2-prima" markalı mobil telefonunu danışmaq adı ilə alsalar da, sonradan telefonu qaytarmayıb, hadisə yerindən qaçıblar.