Qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Çexiyada “xortladı”


Kriminal 05 Mar 2019 20:36:00 296 0

Qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Çexiyada “xortladı”

2012-ci ilin yazında Moskvada qətlə yetirilmiş "vor zakon" Aslan Usoyanın (Ded Xasan) "katibi" İlqar Cəbrayılov gözlənilmədən "zühur edib". Cinayətkar aləmdə Danabaş adı ilə tanınan Cəbrayılovun adına ölümündən sonra Çexiyada firma qeydiyyatdan keçirilib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyada mərhumun adına bir neçə şirkət mövcuddur.

2015-ci ildə - Ded Xasanın "katib"inin qətlindən 3 il sonra Çexiyada "Mega Color" firması qeydiyyatdan keçirilib ki, bunun həmtəsisçisi İlqar Cəbrayılovdur. Kommersiya reyestrindən çıxarışda doğum tarixi və Moskvadakı ünvanı mərhumun bu məlumatları ilə üst-üstə düşür.

Qeydiyyat sənədlərinə əsasən, "Mega Color" alkoqol satışı ilə məşğuldur. Oxşar adlı və funksiyalı "Meqa-Kolor S.P." şirkəti Rusiyada hələ Cəbrayılovun sağlığında qeydiyyatdan keçirilib və həmin şirkətin də spirt satışı üçün lisenziyası var. Moskvada iki mağaza - Butırskaya küçəsindəki və "Peçatniki" metro stansiyasının yaxınlığındakı qastronomlar bu şirkətə məxsusdur.

Bu da qəribədir ki, Rusiyadakı firmalarda mərhum Danabaş təsisçi və baş direktor olmaqda davam edir. Bundan əlavə, o özü mühasibat sənədlərini təhvil verir. Belə ki, 2017-ci ildə "Meqa Kolor" 76 milyon rubl qazanıb. Eyni zamanda, qətlə yetirilmiş şəxs borclarını ödəmir - məhkəmə icraçılarının bazasında məhrumun adına bir neçə icra sənədi mövcuddur.